Bu xəstəliyə ən çox cinsi yolla yoluxurlar - Video

bu-xesteliye-en-cox-cinsi-yolla-yoluxurlar-video
Oxunma sayı: 651

QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Namiq Qüdrətovun bildirdiyinə görə, insanlar əsasən QİÇS-ə 3 yolla yoluxur. Daha çox inyeksion yolla, məişət yolu ilə və cinsi yolla yoluxmalara təsadüf edilir. Namiq Qüdrətov deyir ki, əvvəllər QİÇS-ə yoluxanlar arasında inyeksion narkotik istifadəçiləri üstünlük təşkil edirdisə, son zamanlar cinsi yolla yoluxmaların sayı artıb.

Bu sağalmaz bəlanın daşıyıcıları əsasən 30-49 yaş arasında olanlardır. Xəstəliyə yoluxanların 70%-ni kişilər, 30%-ni isə qadınlar təşkil edir. Bu il də QİÇS-li xəstələrin yaşayış yerinə görə, regionlar üstünlük təşkil edir. Belə ki, ümümi QİÇS-ə yoluxanların 24.3% Bakı şəhəri və Abşeron rayonunda qeydə alındığı halda, 75.7% regionların payına düşür. Əsasən Şirvan və cənub bölgəsində yoluxma daha aktivdir.

QİÇS-lə Mübarizə Mərkəzindən onu da bildirdilər ki, ötən illərlə müqayisədə ölkədə QİÇS-ə yoluxanların ümumi sayında artım müşahidə olunmayıb. Rəsmi statistikaya görə, bu günə ölkədə 3500 nəfər virus daşıyıcısıdır.

Xatırladaq ki, Azərbaycanda QİÇS-ə yoluxanların müalicəsi və müayinəsi QİÇS mərkəzi tərəfindən pulsuz aparılır.