Bu yanacağın idxalı gömrük rüsumundan azad edildi

Bu yanacağın idxalı gömrük rüsumundan azad edildi
Oxunma sayı: 1499

Nazirlər Kabineti “TS-1” markalı reaktiv mühərriklər üçün yanacağın Azərbaycana idxalının gömrük rüsumlarından azad edilməsi müddətini 31 yanvar 2018-ci ilədək uzadıb.
 
“Qafqazinfo”nun Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə reaktiv mühərriklər üçün yanacağın idxalına aksiz dərəcələri 31 yanvar 2018-ci ilədək bir ton üçün 80 manatdan 1 manatadək azaldılıb.
 
Hər iki qərar noyabrın 3-dən qüvvəyə minib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi