Bu yay 750 əlil vətəndaş istirahət zonalarına göndərilib

bu-yay-750-elil-vetendas-istirahet-zonalarina-gonderilib
Oxunma sayı: 632

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cari yay mövsümündə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 750 nəfərədək əlilliyi olan şəxsin qeyd olunan istirahət zonalarına göndərilməsi artıq təmin olunub. İstirahətə göndərilənlər arasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir.
İki həftə davam edən istirahət günləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunur və bu proqram çərçivəsində stolüstü oyun yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq, tibbi və fizoterapevtik prosedurlar həyata keçirilir. İl ərzində ümumilikdə 1050 nəfərdən artıq əlilliyi olan şəxsin qeyd olunan istirahət zonalarına göndərilməsi nəzərdə tutulur.

Onu da bildirək ki, 28 günlük müddətdə bərpa müalicəsi almaq üçün 55 nəfər əlil vətəndaşın Ukraynaya, 30 nəfər əlil vətəndaşın isə Bolqarıstana göndərilməsi təmin edilib.

Nigar