Bu yol bağça yoludur - Video

Bu yol bağça yoludur
Oxunma sayı: 1

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının yolu bərbad vəziyyətdədir. 

“Qafqazinfo”ya müraciət edən sakin İlqar Babayev bildirib ki, 10-a yaxın hürdürmərtəbəli yaşayış binalarının sakinləri bu cığırdan istifadə edir: “Əvvəl bura geniş və normal yol idi. Sonra ətrafında hasar hördülər, tikililər artdı. İndi yolun eni təxminən 1 metrdi. Yerinə də sakinlər biraz “kubik” filan töküb ki, addım atmaq olsun. Hələ quraqlıq vaxtı valideynlər bu yolda gedərkən yıxılırlar. Qışda yağış ya da qar yağanda tamamilə keçilməz olur. Yol çox enişli-yoxuşludur. Bağçanın uşaqlarının 60 faizi bu cığırdan istifadə edir. Oranı indi genişləndirmək çətin olar, amma heç olmas asfaltlasaydılar yıxılmazdıq”.

İ.Babayev bildirib ki, bağçaya gedən alternativ geniş maşın yolu var. Lakin həmin yolun uzunluğu təxminən 2 kilometrə yaxın olduğu üçün istifadə üçün səmərəli deyil və buna görə də heç kim o yolla getmir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi