Bu yol da bağlanır

bu-yol-da-baglanir
Oxunma sayı: 2076

Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı AAYDA və BNA-nin birgə məlumat yayıb. Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 16-dan 17-nə keçən gecədən etibarən Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.