Bu yol sabahdan bağlanır

bu-yol-sabahdan-baglanir
Oxunma sayı: 1935

Binəqədi rayonu Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilir ki, aparılan təmir işləri ilə əlaqədar olaraq 15 sentyabr gecə saat 23:00-dan 16 sentyabr 06:00-a qədər (7 saat) yol bağlı olacaq.

Qurum sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.