Binəqədi şossesində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. “Qafqazinfo” “Azəravtoyol” ASC-nin saytına istinadən xəbər verir ki, şossedə tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb.
Bundan sonra təmir-tikinti işləri, o cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi də hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək.
Qeyd edək ki, yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur.