Bu yolda hərəkət məhdudlaşdırılacaq

bu-yolda-hereket-mehdudlasdirilacaq
Oxunma sayı: 879

İyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq. 

“Qafqazinfo”nun məlumatına görə, bu məqsədlə tunelin üzü Koroğlu metrostansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.