Bu yolda hərəkət məhdudlaşdırılır

bu-yolda-hereket-mehdudlasdirilir
Oxunma sayı: 978

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov prospektində Dəmiryolu stansiyasından Sabunçu İcra Hakimiyyətinə doğru olan istiqamətdə hərəkət qısa müddətlik məhdudlaşdırılır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin olunacaq.