Bu yolda işlər yekunlaşdı

bu-yolda-isler-yekunlasdi
Oxunma sayı: 1999

Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri aparılır. 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatına görə, Sabunçu rayonu, Maştağa-Nardaran avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən  qısa müddətə və yüksək keyfiyyətlə əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

 Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilib. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilib, kənarlarına isə səki daşları düzülüb.

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradır.