Bu yolda təmir gedir

bu-yolda-temir-gedir
Oxunma sayı: 652

Xətai rayonu Süleyman Vəzirov küçəsinin təmiri işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bunun əvəzinə küçəyə 2 qat olmaqla yeni asfalt örtüyü döşənir. Ümumilikdə yolun 10 min m2 –dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.

Təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə 20 ədəd yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.