Bu yollar çəkilən zaman ekspertiza keçiriləcək

bu-yollar-cekilen-zaman-ekspertiza-kecirilecek
Oxunma sayı: 1500

Baş nazir Novruz Məmmədov “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərara əlavələr edib.

“Qafqazinfo” xəbər verir ki, qaydaların 3.1-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilib: 

“Magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır”. 

“Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.2.2-ci yarımbəndində “Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması,” sözləri “Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və dövlət ekoloji ekspertizasının keçirilməsi,” sözləri ilə əvəz edilib.