Bu yollar iki gün bağlı olacaq

bu-yollar-iki-gun-bagli-olacaq
Oxunma sayı: 640

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, oktyabrın 15-16-da Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı və Nazirlər Şurasının 20-ci iclası ilə əlaqədar paytaxtın Heydər Əliyev, Y.Səfərov, A.Cəlilov, Ü.Hacıbəyli, Neftçilər, Z.Əliyeva, Niyazi, İstiqlaliyyət, Bülbül, R.Behbudov, 28 May, Bakıxanov, İnşaatçılar, K.Rərhimov küçə və prospektlərində, eləcə də "Azneft meydanı" və "Qələbə meydanı" istiqamətində şəxsi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.

İdarə sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, qeyd olunan küçə və prospektlər istiqamətində şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər.