Bu yollar yenidən qurulur

bu-yollar-yeniden-qurulur
Oxunma sayı: 1107

Binəqədi rayonu, 28 May qəsəbəsində yollar yenidən qurulur.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu yolların uzunluğu 1.4 km təşkil edir. Yol başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 22-ci km-dən götürür.

Layihə çərçivəsində torpaq əsaslı yolun yararsız hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yollar boyu karbonat materialı tökülərək yol yatağı layihə hündürlüyünə qaldırılaraq profilə salınıb.

Ümumilikdə təmir-tikinti işlərinin aparıldığı ərazi 10 min kv.m-ə yaxındır.

Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkilməklə yollar vətəndaşların istifadəsinə veriləcək.