Bu yollarda işlər yekunlaşır - Fotolar

Bu yollarda işlər yekunlaşır
Oxunma sayı: 1151

Qaradağ rayonunda 22.9 km uzunluğa malik 2 mühüm yol layihəsinin icrası işləri artıq yekunlaşır.

 “Qafqazinfo”ya daxil olan məlumata görə, bu, uzunluğu 13.8 km olan Lökbatan-Qızıldaş və 9.1 km-lik uzunluğunda olan Lökbatan-Güzdək qəsəbələrarası avtomobil yollarıdır.

Hər iki avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Layihəyə uyğun yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edir.

Torpaq işləri bitəndən sonra hər iki yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır ki, bu işlər də yaxın günlərdə tam olaraq bitəcək. 

Layihənin zəruri ərazilərində yeni piyada səkiləri və yol ayrıcı inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Yenidənqurma və bərpa işlərindən sonra yol boyu hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması və yolun xətlənməsi kimi zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi