Üç nəfəri bıçaqlayan tutuldu - Kriminal xəbərlər

uc-neferi-bicaqlayan-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 658

Yanvarın 21-i saat 23:20 radələrində Bakı şəhər sakini Dmitri Başyuki yıxılaraq kəllə-beyin travması ilə koma vəziyyətində KTM-ya daxil olmuş, yanvarın 31-də orada ölmüşdür. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, onu yanvarın 20-də Y. Səfərov küçəsində naməlum avtomobil vurmuşdur. Bakı şəhər BPİ CAİ və Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakini Vilayət Salahov idarə etdiyi «Daewoo» markalı avtomobillə birlikdə saxlanılmışdır.

Fevralın 2-nə keçən gecə Gəncə prospektində yaşayan İlham Məmmədova məxsus «VAZ-2107» markalı avtomobil yaşadığı evin qarşısından qaçırılmışdır. Sabunçu RPİ CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakıxanov qəsəbə sakini Coşqun Qəmbərov avtomobillə birlikdə saxlanılmışdır.
Nərimanov RPİ 17-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-nin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Pərvin Mustafayev fevralın 3-də yaxalanmışdır.

Yanvarın 21-də saat 22:40 radələrində Naxçıvanski küçəsində naməlum şəxs Ravil İbrahimova, Sədi Əliyevə və Rəşad Adıgözəlova daxilə nüfuz etməyən bıçaq xəsarətləri yetirmişdir. Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Şəki şəhər sakini Fariz Əhmədov fevralın 3-də yaxalanmışdır.