Üç uşaq anasını öldürüb yol kənarına atdılar

uc-usaq-anasini-oldurub-yol-kenarina-atdilar-
Oxunma sayı: 669

Rayon Prokurorluğundan milli.az -a verilən məlumata görə, naməlum şəxs tərəfindən 42 yaşlı Sevda Ənnağıyeva küt alətlə qətlə yetirilib.

Mərhumun üzərində zorakılıq izləri olan meyiti noyabrın 22-də saat 20 radələrində Qaralar kəndi yaxınlığında yolun kənarında aşkarlanıb.
Qətlin kim tərəfindən törədilməsi məlum olmasa da, mərhumun bir müddət əvvəl həyat yoldaşından ayrıldığı bildirilir. S.Ənnağıyeva üç uşaq anası olub.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanılıb.