Uca boylu, mavi gözlü sarışın oğlana

uca-boylu-mavi-gozlu-sarisin-oglana-
Oxunma sayı: 3687

Yazırsan ki: “Elmin nəticələri Quranın harasında əvvəlcədən yazılıb?” Verdiyin bu sual ilə İslam haqqında iddia etdiyin “geniş” biliyin səviyyəsi ortaya çıxmış olur. Lakin məni bilik səviyyən deyil, niyyətin maraqlandırır. Allahın varlığına inanmırsan, bu aydındır. Bəs, müsəlmanların da varlığına inanmırsan? Yǝni düşünürsən ki, elmdən, helmdən sual verəcəksən, kimsə də qarşına çıxıb bu suallara cavab verməyəcək? Nəzərində biz müsəlmanlar bu qədərmi acizik? Bunlar da bir yana, sən Quranda hansı elmi nəticələri axtarırsan? İnhisarçılığın iqtisadiyyata vurduğu zərərin
nəticələrinimi, yoxsa quraqlıq mövsümünün fındıqçılığa vuruduğu zərərin nəticələrini?

Bil ki, Qurani-Kərim hazır elmi həqiqətləri özündə ehtiva etmir və etməsinə lüzum da yoxdur. Bunun əvəzinə Qurani-Kərimi qavrayan insanda əsasli elmi bir mövqe və xarici dünya ilə münasibət qurulur. Təbiətdə baş verən bir çox hadisələrə işarə edən Qurani-Kərim, insandan onlarla bağlı cavab istəyir. Müqəddəs kitabımızda olan ilk ayənin ilk sözü “Oxu!” (Əlǝq surəsi,1-ci ayə) əmri buna açıq misaldır. Həmçinin, Qurani-Kərimdə düşünməyə maraq oyadan, araşdırma ruhu təşviq edən bir çox ayələr
vardır. Məsələn, insana elminin artırılması üçün Allah (c.c.) Ta-Ha surəsi, 114-cu ayəsində “… Rabbim, mənim elmimi artır, de” şəklində dua etməyin yolunu göstərmişdir.

“Elmin nəticələri Quranın harasında əvvəlcədən yazılıb?” sualına gəlincə isə
bu “ənənəvi” suala ixtisasım olan coğrafiya fənnindən nümunələr gətirməklə cavab verməyə çalışacağam. “Yer Kürəsi” (Earth, 1982-ci ilde San-Fransiskoda W.H. Freeman nəşriyyatında çap edilmişdir, III nəşr) adlı kitab dünyanın bir çox universitetlərində dərslik kimi istifadə olunur. Müəllifləri Raymond Siever ve Emeritus Frank Pressdir. Press həmçinin
keçmiş ABŞ prezidenti Cimmi Karterin elmi işlər üzrə məsləhətçisi və 12 il
Vaşinqtonda Milli Elmlər Akademiyasının sədri işləyib.

Həmin kitabın 435-ci səhifǝsində göstərilir ki, dağların yeraltı kökləri var. Bu köklər dərində çox möhkəm şəkildə torpağa bərkidilmis haldadır və qarmağa bənzəyirlər. Dağların kökü olması sadəcə o kitabda göstərilmir. Tarbuk və Lutgensin “Yer Kürəsi elmləri” (Earth Science, Edward J. Tarbuck ve Frederick K. Lutgens, 1982-ci ildə ABŞ-ın Kolombiya şəhərində Charles E. Merril nəşriyyatında çap edilmişdir, III nəshr) kitabında (səh. 157) dağların kökləri olduqları göstərilir. Həmçinin, Kailleuks “Yer Kürəsinin Anatomiyası” (Anatomy of the Earth, Andre Cailleux, 1968-ci ilde Londonda Weindenfeld & Nicolson neshriyyatinda cap edilmishdir) kitabında (səh. 220) dağların yerin dərinliyə qarmaq şəklində bərkidilmis kökləri olduğunu ifadə edir.

Ən mühümü isə Yer kürəsini tədqiq edən müasir elmlər vasitəsi ilə sübut edilmişdir ki, dağların yerin dərinliyində kökləri vardır və bu köklər dağın yer üstündə olan hissəsindən daha böyükdür. Bu kökləri təsvir etmək üçün ən münasib söz qarmaqdır, belə ki, qarmaq səkilli köklər yerin altında gizlənmişdir. Elmin tarixinə nəzər saldıqda görmək olar ki, dağların köklərinin olması nəzəriyyəsi yalnız XIX əsrin ikinci yarısında təqdim olunub. 14 əsr bundan qabaq Qurani-Kərimdə Nəba surəsi 6-7-ci ayələrdə isə bu hadisə belə təsvir olunub: “Biz yer üzünü bir döşək etmədikmi? Dağları da bir mıx?”

Dağlar eyni zamanda yer səthinin sabit qalmasında çox mühüm rol oynayır. Onlar yer səthinin silkələnməsinin qarşısını alır. Müasir tektonik təbəqələr nəzəriyyəsi göstərir ki, dağlar yerin sabit qalması vəzifəsini yerinə yetirir. Dağların yeri sabitləşdirmək vəzifəsi rolu oynadığı tektonik təbəqələr nəzəriyyəsi şəklində yalnız 1960-cı illərdə öyrənilməyə başlanmışdır. Qurani-Kərim Nəhl surəsi 15-ci ayəsində isə bu tǝbiǝt hadisǝsi belə tǝsvir olunmuşdur : “Yer üzündə sabit dağlar yaratdı ki, sizi titrətməsin...”

Başqa bir misala nəzər salaq. Müasir elm kəşf etmişdir ki, iki müxtəlif dəniz suları qovuşduğunda onlar arasında sədd olduğundan bir-birinə qarışmır. Davis "Okeanşünaslığın Prinsipləri" (Principles of Oceanography, Richard Davis, 1972-ci ilde Kanadanin Don Mills sheherinde Addison- Wesley nəşriyyatında çap edilmişdir) kitabında (səh.92-93) göstərir ki, bu sədd iki dənizi onların hərarətinə, duzluluğuna və sıxlığına görə bir-birindən ayırır. Məsələn, Kuenen “Dǝniz Geologiyasi” (Marine Geology, Philip Henry Kuenen

1960-ci ilde Nyu-Yorkda Wiley & Sons nəşriyyatında çap edilmişdir, III nəşr) kitabında (səh.43) göstərir ki, Aralıq dənizinin suyu Atlantik okeanın suyu ilə müqayisədə daha hərarətli, duzlu və sıxlıqlıdır. Aralıq dənizinin suları Cəbəllütariq boğazında Atlantik okeanın sularına qarışdığından təxminən 1000 m dərinlikdə bir neçə yüz km okean sularının içinə doğru öz hərarətini, duzluğunu və az

sıxlığını saxlayaraq hərəkət edir. Yalnız bu dərinlikdən sonra Aralıq dənizinin sulari sabitləşərək, okean sulari ilə eyniləşir, ona qarışır. Eyni zamanda bu okean və dəniz sularının hündür dalğaları, güclü cərəyanları və ləpələri də bir-birinə qarışmır.

Bütün bunlar təxminən 1960-ci illərin sonlarına doğru öyrənilməyə başlandığı halda Qurani-Kərimdə Allah (c.c.) bizə 1432 il bundan qabaq Rahman surəsi 19-20 ci ayələrində xəbər vermişdir: “İki dənizi salmiş, bir-birinə qovuşurlar. Lakin aralarında bir pərdə vardır, bir-birlərinə qarışmazlar”. Həmçinin suların bir-birinə qovuşub, lakin qarışmadığı haqqında Allahu-Təala Furkan surəsinin 53-cu ayəsinde buyurur: “Odur ki, iki dənizi bir-birinə qovuşdurur; birinin suyu şirin və susuzlugu yatıran, o biri duzlu və acı. Və onların arasında bir sədd və maneǝ qoydu”. Yuxarıda gostərdiyim bu iki nümunə coğrafiya elmindən Quranda təsvir edilən tebiət hadisələrindən sadəcə iki misaldır. Belə nümunələri anatomiya, kimya, biologiya, zoologiya, astronomiya ve s. elmlərdən göstərmək mümkündür. Ümid edirəm ki, bir gün elmlə məşğul olan müsəlmanlar biganəliklərini bir kənara qoyub bu cür nümunələri başqaları ilə bölüşəcəklər.

Sonda sarışın oğlanın diqqətinə çatdırmaq istəyirəm ki, bu qədər mövzunun içində məhz onun sualına bacardığım qədər cavab verməyimin səbəbi “Cǝhǝnnǝmǝ gedǝn ozune yoldaş axtarar” adlı atalar sözümüz oldu. Düşündüm bu uca boylu, mavi gözlü, sarışın oğlanın yolunu dəyişdirə bilməsək də, məqalə yazıb özü ilə aparma istədiyi oxucu qardaş və bacılarımızın yolunu dəyişək. Bu baxımdan sarışın oğlan da daxil olmaqla hər kəsə səslənirik: “Nə qədər gec deyil, ağlınızı istifadǝ edin. Çünki ölüm qaşla-göz arasıindadır, oradan isə geri qayıdıb səhvlərini düzəldən olmayıb”.