“Budapeştə qələbə üçün yollanırıq” - Dabo

budapeste-qelebe-ucun-yollaniriq
Oxunma sayı: 1237

"Təbii ki, qələbəyə görə şadıq. Hesabda geridə olsaq da, matçı çevirə bildik. Bilirəm ki, Budapeştdə bizə ikiqat ağır olacaq, amma buna hazırıq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri "Neftçi"nin fransalı futbolçusu Baqali Dabo deyib.  

Hücumçu UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində "Uypeşt”ə qarşı Bakıda keçirilən oyundakı qələbənin (3:1) memarlarından biri oldu. Məhz onun ilk qolu hesabı bərabərləşdirdi, ikinci qolu isə komandasını önə çıxardı. "Neftçi”yə bu yay transfer pəncərəsi çərçivəsində qoşulan Dabo, cavab oyunu ilə bağlı fikirlərini bildirib. 

Fransalı forvard həm də cavab oyununa hazırlığı dəyərləndirib: "Var gücümüzlə işləyirik. Budapeştə ancaq və ancaq qələbə üçün yollanırıq”.

"Uypeşt”ə qarşı "Neftçi”nin heyətində ilk rəsmi oyununa çıxan Dabo, komandada xoşbəxt olduğunu bildirib: "Özümü çox yaxşı hıss edirəm. Həm meydanda, həm meydanın kənarında uşaqlarla çox mehribanıq. İnanıram ki, gələcəkdə "Neftçi” üçün bundan daha da faydalı olacağam”.