Büdcə kəsiri açıqlandı - 666 milyard dollar

budce-kesiri-aciqlandi
Oxunma sayı: 3230

ABŞ dövlətinin büdcə kəsiri 2017-ci maliyyə ilinin yekunlarına əsasən ÜDM-in 3,5% -i, yaxud 666 milyard dollar təşkil edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatından bildirilib.

Büdcə kəsiri ötən maliyyə ili ilə müqayisədə 13,5% və ya 80 milyard dollar artıb.

Dövlət xərcləri hesabat dövründə 3,3% artaraq 3,981 milyard dollar çatıb. Büdcənin gəlirləri isə əksinə 1,5% azalıb və 3,315 milyard olub.

Qeyd edək ki, cümə axşamı ABŞ senatı 2018-ci maliyyə ili üçün ölkənin büdcə layihəsini təsdiqləyib