Büdcədən istifadə qaydasında dəyişiklik edildi

budceden-istifade-qaydasinda-deyisiklik-edildi
Oxunma sayı: 1790

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nda dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, baş nazir Artur Rasizadənin təsdiq etdiyi dəyişiklik “Büdcə sistemi haqqında” prezidentin 2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə olunub.

Qaydaların 6-cı hissəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilib: 

“Dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaətdən dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilmiş vəsait Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər”.