Büdcənin artırılması nədən xəbər verir?

budcenin-artirilmasi-neden-xeber-verir
Oxunma sayı: 634

Bu fikri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, bu ilin dövlət büdcəsinə əlavələrin edilməsi Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində baş verib. Onun sözlərinə görə, büdcəyə əlavə ediləcək 600 milyon manat zəruri istiqamətlərə sərf olunacaq.

«Ölkədə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan regionun və dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. İqtisadi inkişaf göstəricilərinə görə, Azərbaycan yerləşdiyi bölgənin lider dövlətidir və Cənubi Qafqaz iqtisadiyyatının böyük hissəsi ölkəmizin payına düşür»- deyə, komitə sədri vurğulayıb.