Buffon üçün vida oyunu təşkil olunacaq

buffon-ucun-vida-oyunu-teskil-olunacaq
Oxunma sayı: 1950

“Yuventus”un əfsanəvi qapıçısı Canluici Buffon 2018-ci ilin yayında karyerasını başa vuracaq.

“Qafqazinfo” xəbər verir ki, İtaliya Futbol Federasiyası 39 yaşlı qolkiper üçün vida oyunu təşkil etmək barədə düşünür.

“Mavi eskadra” martda “Uembli”də İngiltərə, iyunun 1-i isə Nitsada Fransa millisi ilə qarşılaşacaq. İyunda Buffonu yola salmaq üçün daha bir yoldaşlıq görüşü planlaşdırılır. Oyun ya “Yuventus Stadionu”, ya da “Parma”nın məşhur “Ennio Tardini” stadionunda baş tutacaq. Hər iki stadion Buffon üçün doğmadır. Karyerasına “Parma”da başlayan “Cici” 2001-ci ildə 53 milyon avroya Turin klubuna keçmişdi.

Qeyd edək ki, Buffon 2018-ci il dünya çempionatının pley-off raundunda İsveçlə oyundan (0:0) sonra milli karyerasını bitirdiyini elan etmişdi. O, 175 dəfə millinin qapısını qoruyub.