Bugünkü qəzetlər nədən yazıb? - Manşetlər

bugunku-qezetler-neden-yazib-mansetler
Oxunma sayı: 1410

“Xalq Cəhbəsi” qəzetinin bugünkü manşeti “Minimum aylıq əməkhaqqı artırıldı” başlıqlı xəbəridir. Xəbərdə artımın miqdarı haqqında məlumat verilib.

“525-ci qəzet”in manşeti isə Rafiq Tağının ölümü ilə bağlı Dini Qurumlarla iş üzrə dövlət komitəsinin açıqlamasıdır. “Bakıdan İran Ayətullahına cavab” başlıqlı yazıda mövzu ilə bağlı Milli Məclis sədrinin müavini Bahar Muradovanın müsahibəsi də yer alıb.

“Azadlıq” qəzetinin manşet xəbərində Azərenerji işçilərinin qəzetə ünvanladığı müraciət dərc olunub. “Azərenerji prezidentinə ultimatum” başlıqlı xəbərdə müraciətin tam mətni yer alıb.

“Azərabycan” qəzeti manşet xəbər olaraq prezidentin Qana səfirini qəbul etməsi xəbərini verib. “Azərbaycan Prezidenti İlham Əliyev Qana Respublikasının ölkəmizdəki səfirinin etimadnaməsini qəbul etmişdir” başlıqlı xəbərdə görüşün təfərrüatları haqqında məlumat verilir.

“Bizim yol” qəzetinin manşeti isə siyasi məhbuslarla bağlıdır. “İqtidarla Avropa Şurası arasında şok razılaşma” başlıqlı xəbərdə Eynulla Fətullayevin mövzu ilə bağlı mətbuat konfransında səsləndirdiyi fikirlər yer alıb.

“Şərq” qəzetinin manşeti İranın terror aktı törətmək niyyəti ilə bağlldır. “İranın planları ifşa olunur” başşlıqlı xəbərdə terror aktını törədilmək istədiyi yer qeyd olunub.

“Yeni Müsavat”ın manşeti isə “Azərbaycanın baş bankı ilə bağlı rüşvət qalmaqalı böyüdü” başlıqlı xəbərdir. Xəbərdə Avstriya prokurorluğunun məsələ ilə bağlı yeni faktlar ortaya çıxardığı bildirilir.

“Yeni Azərbaycan” qəzetinin manşeti əməkhaqlarının artırılması xəbəridir. “Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb” başlıqlı xəbərdə əməkhaqqlarının artımın miqdarı haqqında məlumat yer alıb.

“Kaspi”nin manşetində isə “İranda Antiazərbaycan təbliğatına son qoyulacaqmı?” başlıqlı xəbər yer alıb. Yazıda Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun İrana səfəri ərəfəsində jurnalistlərə açıqlaması yer alıb.

Hazırladı: Fatimə Kərimli