Uitni Hyustonun ehtimal olunan ölüm səbəbləri

uitni-hyustonun-ehtimal-olunan-olum-sebebleri-
Oxunma sayı: 652

Bu barədə məlumat yayan Amerika mətbuatı qeyd edib ki, ölümün dəqiq səbəbi meyidin ekspertizasından sonra məlum olacaq. Lakin ilkin ehtimala görə, müğənni dərmanı qəbul etməzdən əvvəl qonaqlıqda olub və orada alkoqollu içki qəbul edib. Otağına gəldikdən sonra isə dərman ataraq vanna qəbul edib. Burada onu yuxu tutub və o, suya bataraq boğulub.

Qeyd edək ki, “Ksanks” dərmanı depressiya və əsəb gərginliyi keçirmiş xəstələr üçün nəzərdə tutulur. Kaliforniya ştatının tədqiqatçı polisləri müğənninin ölüm səbəbini müəyyənləşdirmək üçün istintaq araşdırmalarına başlayıblar. Polisin məlumatına görə, ilkin araşdırmalar zamanı onun otağından narkotik maddə tapılmayıb.

Xatırladaq ki, Hyustın ötən gün Beverli Hilz otelində vanna otağında ölmüş vəziyyətdə tapılmışdı. Onun öldüyünü ilk olaraq otelin əməkdaşları müəyyənləşdiriblər. Məlumata görə, təcili tibbi yardım gəldikdə masanın üzərində həkimin məsləhət gördüyü “Ksanks” dərman preparatları olub. Qohumları da onun həmin dərmanları həkimin məsləhəti ilə qəbul etdiyini təsdiqləyiblər.

anspress