Buker mükafatını bu il o apardı

buker-mukafatini-bu-il-o-apardi
Oxunma sayı: 802

Beynəlxalq Buker Mükafatının builki qalibi elan olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mükafatı Polşa yazıçısı və şairi Olqa Tokarçuk qazanıb. O, müsabiqədə “Flights” (“Uçuşlar”) romanı ilə təmsil olunub. Mükafatlandırma mərasimi Londonda Viktoriya və Albert muzeyində keçirilib. Müabiqənin qısa-siyahısına fransız yazıçı Virciniya Depant, ispan Antonio Munos Molina, iraqlı yazıçı Əhməd Səədəvi, həmçinin ötən ilin laureatları – cənubi koreyalı Xan Kan, macar Laslo Krasnaxorkai daxil olublar. 

Qeyd edək ki, 2016-cı ildən keçirilən müsabiqənin pul mükafatı 50 min funt sterlinq dəyərindədir. Məbləğ yazıçı ilə tərcüməçinin arasında bölünür.