Bukmeykerlərdən Azərbaycanla bağlı proqnoz - 10-luqda yoxuq

Bukmeykerlərdən Azərbaycanla bağlı proqnoz
Oxunma sayı: 1257

May ayında Portuqaliyanın paytaxtı Lissabonda Avropanın ən böyük musiqi yarışması olan “Eurovision” baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, bu gün müsabiqədə iştirak edən müğənnilərin mahnı və klipləri müsabiqənin rəsmi “Youtube” səhifəsində yayımlanmağa başlayıb. 

Bundan əlavə, birincilik uğrunda mübarizə aparanlar sırasına 2009-cu ildə rekord səslə birinci olan Aleksander Rybak da qoluşub.  O, 63-cü dəfə reallaşan yarışmada Norveçi “That's how you write a song” mahnısı ilə təmsil edəcək. Rybak sosial şəbəkələrədə qalib elan edilsə də, bukmeyker nəticələri bunun əksini göstərir. Belə ki, o, siyahıda 12-ci yerdə öz yerini tutub. 

Ən böyük proqnoz saytı nicerodds.co.uk-da isə birinci İsrail təmsilçisi Nettadır. Onun “Toy” mahnısı həm sosial şəbəkələrdə yarım gün ərzində böyük baxış toplayıb, həm də bukmeykerlər tərəfindən birinci elan edilib. 

Azərbaycan təmsilçisi Aysel Məmmədovanın (Aisel) nəticələri isə ürəkaçan deyil. Belə ki, müğənninin ifa etdiyi “X my heart” mahnısı 19-cu siyahıda qərarlaşıb. 

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi