Ukrayna-Fransa matçı 1 saata yaxın dayandırıldı

ukrayna-fransa-matci-1-saata-yaxin-dayandirildi
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, D qrupun ilk oyununda Ukrayna Fransa millisi ilə qarşılaşır.

Matç Donetsk şəhərində keçirilir. Şiddətli yağış oyunun yarımçıq dayandırılmasına səbəb olub. Oyunun 6-cı dəqiqəsində Ukraynanın hücumu zamanı Hollandiyadan olan hakim Byorn Karrets oyunu saxlayıb.

Bakı vaxtı ilə saat 21.00-da başlayan oyunda təxminən bir saata yaxın fasilə olub. Meydan xüsusi avadanlıqlarla təmizləndikdən sonra oyun davam edib.

Oyunun 53-cü dəqiqəsində Fransa yığmasının oyunçusu Jeremy Menez komandasını önə çıxarıb. Bu qoldan 3 dəqiqə sonra Yohan Cabaye hesabı 2:0-a çatdırıb.

Oyun bu hesabla başa çatıb. Fransa bu çempionatda ilk qələbəsini qazanıb. Ukrayna millisi də ilk dəfə məğlub olub.