Ukraynada parlament böhranı

ukraynada-parlament-bohrani
Oxunma sayı: 648

“Media forum” saytı xəbər verir ki, Litvinin istefasına səbəb iyulun 3-də parlamentin qəbul etdiyi “dil” qanunu olub. Həmin gün Ukrayna parlamenti ölkədə rus dilinin tətbiqini genişləndirən qanun qəbul edib. Qanun əhalisinin 10 faizini ruslar təşkil edən bölgələrdə rus dilinə regional dil statusu verilməsini nəzərdə tutur. Ali Radanın iclasına qatılan 248 deputatdan 226-sı qanunun qəbuluna səs verib.

İyulun 4-də Litvin “Dünən biz qanunu qəbul edərək xalqı parçalamış olduq. Mənim istefam məsələsinin gündəliyə salınmasını xahiş edirəm” deyərək Ali Radanın iclas zalını tərk edib.

Bu gün parlamentin vitse-spikeri, Yuliya Timoşenkonu dəstəkləyən müxalif blokun üzvü Nikolay Tomenko da səlahiyyətlərini təhvil vermək niyyətində olduğunu elan edib.