Ukraynadan Ermənistana silah satışı ilə bağlı - Faktlar

ukraynadan-ermenistana-silah-satisi-ile-bagli-faktlar
Oxunma sayı: 757

Məktubda Ermənistana silah qoyuluşunu reallaşdırmaq üçün Avropa Birliyində və MDB-də qeydiyyatdan keçən qurama firmalardan istifadə olunması təklif edilir. Məktubda Ukraynadan Ermənistana "Smerç" yaylım atəşi sisteminin və 12 ədəd raketin, həmçinin 50 "İqla" daşınan zenit raket kompleksinin satışının qanunsuz sxemi göstərilir.

Məktubda qeyd edilir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Axtarış İdarəsi “Ukrspeseksport” və “Di Ci Arms Korporeyşn” (Ermənistan Müdafiə Nazirliyinin vasitəçisi) arasında müqavilədən bu silahların alınması barədə məlumatdan, habelə Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödəməsindən xəbərdardır.

Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün "Ukrspeseksport"a "erməni tərəfi ilə sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək" təklif edilir. Bununla yanaşı, Ermənistan şirkətinə "öz ətrafında etibarsız təchizatçı" kimi "Ukrspeseksport" rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif edilib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi "Smerç" komplektlərinin satışının "Aİ və ya MDB ərazisində qeydiyyatdan keçmiş saxta firmalardan istifadə etməklə" Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsi təklif olunur.
Məmulatlar üzərində nişanlar bu zaman dəyişdirilməli idi. Yalanın üstü açılacağı halda isə "İqla" komplekslərinin Liviyadakı azadlıq hərəkatı döyüşçülərinin həmin ölkədə talan etdikləri anbarlardan çıxarılması ilə "əfsanələşdirilməsi" nəzərdə tutulub.