Bülbül adına VII Beynəlxalq Müsabiqəsi başladı

bulbul-adina-vii-beynelxalq-musabiqesi-basladi
Oxunma sayı: 1230

Bu gün Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi işə başlayıb. Ənənəvi müsabiqə Azərbaycan Mədəniyyət Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə keçirilir.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə müsabiqə təşkilatçıları, münsiflər heyətinin üzvləri, fəxri qonaqlar  və iştirakçılar, musiqi ictimaiyyətinin nümayəndələri paytaxtın Bülbül prospektində Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli ifaçı, SSRİ Xalq artisti, professor Bülbülün abidəsini ziyarət ediblər.

Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı səfiri və Bülbül Fondunun prezidenti Polad Bülbüloğlu qonaqlara bu abidənin tarixindən, ölkəmizdə sənət adamlarına və onların xatirəsinə göstərilən ehtiramdan söz açıb. 
Abidənin önünə gül dəstələri qoyduqdan sonra tədbir iştirakçıları müsabiqənin keçirildiyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına yollanıblar.

Filarmoniyada keçirilən açılış mərasimində əvvəlcə mədəniyyət naziri Əbülfəs Qarayev və Bülbül Fondunun prezidenti Polad Bülbüloğlu səhnəyə çıxış ediblər.