Bülənt Ərsoy 2 milyonluq üzüyü üçün peşmandır

bulent-ersoy-2-milyonluq-uzuyu-ucun-pesmandir
Oxunma sayı: 2710

Türkiyəli müğənni Bülənt Ərsoy həyatındakı ən böyük səhvlərdən birinin 2 milyon lirəyə (təxminən 572 min manat) üzük almaq olduğunu bildirib.

“Qafqazinfo” “Ensonhaber.com”a istinadən xəbər verir ki, o, hər dəfə o üzüyü taxdığında həmin peşmanlığını xatırladığını deyib:

“1980-ci ildə Gümüşsuyu səmtində Almaniya Konsulluğunun yeri satılırdı. 80 min lirə istəyirdilər. Oranı alacağım bir vaxtda məşhur zərgər Səid Koç bu üzüyü gətirdi. Üstündəki qaşlara vuruldum. Mən də pulu üzüyə verdim, o mülkü almadım. Həyatımdakı ən böyük səhvlərdən biri oldu”.