Bülent Ersoy belə reytinq vermədi

bulent-ersoy-bele-reytinq-vermedi
Oxunma sayı: 675

Show TV-də ən məşhur müğənniləri bir araya toplayan “Dünya güzellerim” proqramı ilk bölümü ilə tamaşaçı qarşısına çıxıb. 

“Qafqazinfo” xəbər verir ki, Burcu Esmersoyun aparıcılıq etdiyi, Bülent Ersoy, Banu Alkan və Safiye Soymanın qonaq olduğu şounun reytinq nəticələri ürəkaçan olmayıb. 

28 çanta paltar, 11 çanta ayaqqabı, 6 çanta aksessuar, 3 çanta kosmetik vasitələr ilə Hindistana gedən məşhurların sərgüzəştləri tamaşaçıların marağına səbəb olmayıb. 

Belə ki, ən böyük büdcəli layihə Total reytinq siyahısında 23-cü, AB siyahısında isə 14-cü olub.