Bülənt Ərsoy qatar qəzasına görə konsertini ləğv etdi

bulent-ersoy-qatar-qezasina-gore-konsertini-legv-etdi
Oxunma sayı: 1973

Müğənni Bülənt Ərsoy Çorluda baş vermiş qatar qəzası ilə bağlı Çeşmədəki konsertini ləğv edib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan Ərsoy iyulun 14-də tamaşaçıların qarşısına çıxa bilməyəcəyini deyib:

"Çorludakı qatar qəzasında dünyasını dəyişən insanların cənazəsi dəfn edilmədən, ailələrin göz yaşlarının islatdığı dəsmallar qurumadan, yaralıların yarası sarılmadan əyləncə məkanında konsert verməyi mənəviyyatımdakı insan sevgisi və hörməti adına bütün biletləri satılmış konsertimi təxirə saldığımı bildirmək sitəyirəm. Qəzada ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm". 

Qeyd edək ki, Tekirdağda qatarın relsdən çıxması nəticəsində baş vermiş qəzada 24 nəfər ölüb, 124 nəfər yaralanıb.