Bülent Ersoyu ilan sancdı

bulent-ersoyu-ilan-sancdi
Oxunma sayı: 839

Türkiyə şou aləminin “diva”sı Bülent Ersoyun Hindistanda başına iş gəlib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Dünya Güzellerim” adlı verilişin Hindistandakı çəkilişinə qatılan müğənni ölümlə üz-üzə qalıb. Belə ki, çəkiliş zamanı yorulan Ersoy dincəlmək üçün otluqda oturub. 

Bu zaman müğənnini ilan sancıb. Çəkiliş pavilyonunda olan həkimlərin müdaxiləsindən sonra Ersoy dərhal xəstəxanaya çatdırılıb.

Aysel Kərimova