Buludlar göydə at oynadacaq

buludlar-goyde-at-oynadacaq-
Oxunma sayı: 689

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərədə təşkil edəcək.
Rayonlarımızda isə hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.

: