Bulvar genişlənir

bulvar-genislenir
Oxunma sayı: 645

Dənizkənarı Bulvar İdarəsindən SalamNews -a verilən məlumata görə, uzunluğu 151 metr, eni 15,8 metr olan estakada əsaslı təmir edilib, onun yan tərəflərinə suya davamlı taxtadan, üst hissəsinə isə plastik materialdan hazırlanmış lövhələr və sahildən təqribən 500 metr məsafədə aralıda dənizdə gül formasında fontan quraşdırılıb.

Sahil boyu birinci yol əsaslı təmir olunaraq betonlaşmış və yolun təqribən 35 min kvadratmetr hissəsinə qranit tipli daş döşənib. Dənizlə istinad divarına mərmər lövhələr vurulub və köhnəlmiş məhəccərlər yeniləri ilə əvəzlənib. Hazırda birinci yolun qalan 10 min kvadratmetr hissəsində təmir işləri aparılır.