Bulvarda camaata bıçaq çəkən həbs olundu

bulvarda-camaata-bicaq-ceken-hebs-olundu
Oxunma sayı: 1276


“Qafqazinfo” həmin xəbərləri təqdim edir:

İyulun 31-i saat 22 radələrində 20 Yanvar küçəsində yerləşən kafedə Namiq Əsgərovun mobil telefonu masanın üzərindən oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Xətayi Osmanov DİN Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.

İyulun 30-u saat 23:30 radələrində Milli Parkda naməlum şəxs Bakı şəhər sakinləri - Nicat Ağamalıyevi və Rafiq Həsənlini bıçaqla hədələyərək N.Ağamalıyevdən mobil telefon və cibində 5 manat olan gödəkçəsini alıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səfər Heydərov tutulub.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Akif Zamanov tutulub.

İyulun 15-də Gəncə prospektində yerləşən gözəllik salonunda İradə Əliyevanın mobil telefonunu oğurlayan Bakı şəhər sakini Aygün Əliyeva avqustun 1-də Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Qasım Hüseynov tutulub.