Bulvarda dənizə düşən şəxs xilas edilib - Yenilənib

Bulvarda dənizə düşən şəxs xilas edilib
Oxunma sayı: 5233

Naməlum şəxs Bakı Bulvarında özünü Xəzər dənizinə ataraq intihar edib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə saat 15 radələrində qeydə alınıb.

Əraziyə xilasedicilər cəlb edilib.

Hazırda intihar edən şəxsin kimliyi araşdırılır.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi