Bulvarda itkin düşdülər, axtarışlara helikopterlər qoşuldu

bulvarda-itkin-dusduler-axtarislara-helikopterler-qosuldu
Oxunma sayı: 4731

31.07.2018-ci il tarixində axşam saatlarında Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətindən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Dənizkənarı Milli Park yaxınlığında içərisində 2 nəfərin olduğu qayıq küləyin təsirindən qeyri-müəyyən istiqamətdə dənizə səmt alıb.

FHN-dən “Qafqazinfo”ya verilən xəbərə görə, məlumat alınan kimi Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 ədəd gəmisi axtarışlara cəlb olunub, yaxınlıqda üzən gəmilərə məlumat verilib.

Bu gün səhər saatlarından başlayaraq axtarışlar davam etdirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Dövlət Sərhəd Xidmətinin 2 ədəd helikopteri və 2 ədəd gəmisi axtarışlarda iştirak edir.

Əlavə məlumat veriləcək.