Bulvarda meyit tapıldı

bulvarda-meyit-tapildi
Oxunma sayı: 646

“Qafqazinfo” FHN-in saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 km məsafədə) naməlum kişi cəsədi aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Cəsəd dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.