Bulvarda Olimpiya Komitəsinin şərəfinə tədbir

bulvarda-olimpiya-komitesinin-serefine-tedbir
Oxunma sayı: 631

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Naziri Azad Rəhimov ötən 20 il ərzində MOK-un böyük uğurlar əldə etdiyini diqqətə çatdırıb. O, idmançılara dövlət tərəfindən qayğı göstərildiyini bildirib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə idmançılarımızın Olimpiya Oyunlarındakı uğurlarından danışıb və ölkəmizdə Olimpiya hərəkatının günü-gündən inkişaf etdiyini diqqətə çatdırıb. Cari ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında idmançılarımız qazandıqları nailiyyətin MOK-un 20 illiyinə böyük töhfə olduğunu qeyd edib.

Çıxışlardan sonra gimnastların nümunəvi çıxışları təqdim olunub. Həmçinin, peşəkar idmançılar tərəfindən paytaxt sakinləri üçün ustad dərsləri də keçirilib.

Ardınca Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş orta məsafəyə qaçış yarışı keçirilib. Bakı İdman Sarayının qarşısından start götürmüş yürüşdə 200-dən artıq atlet iştirak edib.
Qaliblərə kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.

Yubiley tədbiri konsert proqramı ilə davam edib. Ədalət Şükürov, Röya, Zülfiyyə Xanbabayeva, “Eurovision - 2011” beynəlxalq mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camalın ifasını paytaxt sakinləri böyük maraqla izləyiblər.