Bulvarda özünü dənizə atdı

bulvarda-ozunu-denize-atdi
Oxunma sayı: 2333

Bakı bulvarında intihara cəhd hadisəsi baş verib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə aprelin 13-ü gecə saat 00:10 radələrində qeydə alınıb. Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü R.Pənahov bulvarda yerləşən "Sadko" kafesinə uzanan estakadadan özünü dənizə atıb. 

Bulvar mühafizəçiləri və ətrafdakı polis əməkdaşlarının köməyi ilə R.Pənahov ölümdən xilas edilərək sudan çıxarılıb. O, ilkin ifadəsində özünü öldürmək istəməsinin səbəbini açıqlayıb. Bildirilib ki, Kürdəmirdə bir neçə şəxsə böyük məbləğdə borcu var və qaytara bilmir. 

Murad Əhməd