Bulvarda pomidor-yumurta çığırtması olacaq

bulvarda-pomidor-yumurta-cigirtmasi-olacaq
Oxunma sayı: 3155

Müəssisədən “Qafqazinfo”ya verilən məlumata görə “Bizim tarla” marka heyəti sabah saat 19:00-da şəhər sakinlərini, xüsusilə “Bizim tarla” istehlakçılarını dənizkənarı Milli Parka dəvət edir. Tədbirdə məşhur aşbaz Fərhad Aşurbəyli “Bizim tarla” soyulmuş pomidor məhsulundan, nəhəng, 1000 porsionluq tavada hər kəsin sevdiyi qəlyanaltılardan biri olan pomidor-yumurta bişirəcək.

Xatırladaq ki, istehlakçılar tərəfindən daim rəğbətlə qarşılanan və milli markamıza çevrilən “Bizim tarla” məhsulları ölkəmizin hüdudlarından kənarda da hər zaman maraqla qarşılanır. Xanımların həyatını asanlaşdıran “Bizim tarla” dadı, ləzzəti, təbiiliyi ilə daim yeniliklərə imza atır. Bu marka bol çeşidi ilə ölkəmizin zəngin təbiətini, ləziz meyvə-tərəvəzlərini ilin hər fəslində süfrəmizə gətirməklə hər kəsin sevimlisinə çevrilib. Bizim Tarla markasının fərqli tutma, kürü, kompot, mürəbbə, salat hazırlamaq üçün yasil noxud və yeməklərə xüsusi ləzzət qatmaq üçün soyulmuş pomidor məhsulları istehlakçılara təklif olunmaqdadır.