Bulvarda sevgi intiharı - Foto

bulvarda-sevgi-intihari-foto
Oxunma sayı: 650

Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ötən gün saat 21 radələrində gənc oğlan özünü Saat Qülləsinin qarşısından dənizə atıb. Oğlan boğulmaq üzrə olarkən Dənizkənarı Bulvar İdarəsinin mühafizəçiləri dənizə atılaraq onu xilas ediblər.

Hadisə yerinə gəlmiş polis əməkdaşları özünü öldürməyə cəhd edən şəxsin ifadəsinin almaq üçün ərazi üzrə polis bölməsinə aparıblar.

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən verilən məlumata görə, özünü dənizə atan 23 yaşlı Eyyub Abbasovu həyatdan küsdürən sevdiyi qız olub. Sudan çıxarılandan sonra özünə gələn Eyyub polisə özün öldürmək istəyinin səbəbini danışıb. Deyib ki, xeyli müddətdir bir qızı sevir. Qızdan rədd cavabı aldığından yaşamağı özünə çox görüb.

Eyyub Abbasov ifadəsi alındıqdan sonra atasına təhvil verilib. Atası da polisə oğlunun sevgisindən xəbərsiz olduğunu deyib.