Ulviranın əri sintezator oğurlayarkən tutuldu

ulviranin-eri-sintezator-ogurlayarken-tutuldu
Oxunma sayı: 991

Yasamal rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, meyxanaçı T.Dağlı bir müddət əvvəl metronun "İnşaatçılar" stansiyasının yaxınlğında yerləşən “Zəngin süfrə” kafesindən sintezator oğurlamaqda şübhəli bilinir.

T.Dağlı oğurluq etdiyinə görə Yasamal rayon Məhkəməsi tərəfindən axtarışa verilib. Polis onu ötən gün həbs edib. Faktla bağlı araşdırma apaırılır.

Qeyd edək ki, T.Dağlı son günlər ancaq kriminal xarakterli hadisələrlə gündəmə gəlib. O, bu il ərzində 3 dəfə bıçaqlanıb. Daha sonra isə Sabunçu rayon Polis İdarəsi tərəfindən oğurluq etdiyinə görə tutulub. Sonradan ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb.