Ulviranın əri yenə bıçaqlandı

ulviranin-eri-yene-bicaqlandi
Oxunma sayı: 664

Klinik Tibbi Mərkəzin baş həkimin cərrahiyyə işləri üzrə müavini Adil Salahovun ANS PRESS-ə verdiyi məlumata görə, Bakı şəhər sakini, 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Tərlan Mustafayev ANS-in “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşıdır. T. Mustafayev son bir ayda artıq ikinci dəfədir bıçaqlanır. O, yanvarın 10-da naməlum şəxslər tərəfindən bıçaqlanmışdı. Ağır bıçaq xəsarətləri alan T. Mustafayev bir neçə gün əvvəl xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, bıçaqlanan T. Mustafayev Tərlan Dağlı kimi tanınan meyxanaçıdır.