Ülviranın ərindən təzə xəbər

ulviranin-erinden-teze-xeber
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, bBu barədə Milli.Az-a Ulviranın özü məlumat verib. “Əslində həkimlər onun daha bir neçə gün qalmasını istəsələr də, Tərlan öz istəyi ilə xəstəxanadan ayrıldı. Səhhətində stabilləşmə var. Hazırda polis əməkdaşları hadisənin necə baş verdiyini tam xatırlamasından ötrü, onu hadisə yerinə aparıblar. Müalicəsini isə ev şəraitində davam etdirəcək” - teleaparıcı belə dedi.

Ulvira, həyat yoldaşından etdiyi xahişini də oxucularımızla bölüşdü. “Ondan dəfələrlə xahiş etmişəm, bu gün yenə də dedim ki, bütün bildiklərini açıb polisə söyləsin. Nə qədər ki, o, ad çəkməyəcək, bu, onun özünə və ən əsası da mənə ziyandır. Çünki bəzi media orqanlarında hələ də onun bıçaqlanmasında mənim əlimin olması kimi məlumatlar yazılır. Ona görə də Tərlandan hər şeyi olduğu kimi danışmasını xahiş edirəm, qoy açıb həqiqəti söyləsin. Nəyə görə boş və səbəbsiz ittihamlara görə əsəb keçirməliyəm?” - Qarayeva fikrini tamamladı.