Ümid Partiyasının Şəki şöbəsi tələb etdi

umid-partiyasinin-seki-sobesi-teleb-etdi-
Oxunma sayı: 665

Ümid Partiyasının Şəki rayon şöbəsi iyulun 31-də növbəti – III konfransını keçirib. “Qafqazinfo”nun məlumatına görə, konfransda Partiyanın mərkəzi aparatından olan qonaqlarla yanaşı Musavat, VHP və VİP-in Şəki rayon şöbələrinin nümayəndələri də qonaq qismində iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himini ilə öz işinə başlayan konfrans qonaqların təbrik nitqindən sonra gündəliyə uyğun olaraq aparılıb. III konfrans yenidən Cavad İsmayıllıya etimad göstərərək onu rayon şöbəsinə sədr seçib.

Sonda Ümid Partiyasının Şəki rayon şöbəsinin III konfrans iştirakçıları adından 2 aprel məhbuslarının dərhal azad olunmsı ilə bağlı bəyanat qəbul olunub.