Buna görə Vəfanı biabır etmək...

Buna görə Vəfanı biabır etmək...
Oxunma sayı: 4390


Bu axşam «Space»də Yavər Rzayevin «İlahi məxluq» filmi ilk dəfə göstəriləcək. Bu həmin filmdi ki, Vəfa Zeynalovanın erotik görüntüsü kimi təqdim olundu. Film haqqında bəzi fikirlərimi bölüşmək istərdi. Qazaxfilmin 70-ci illərdə çəkdiyi «Лютый» ("Amansız"), Qırğızfilmin «Плач волчицы» («Dişi canavarın ağlaması») və bizdə çəkilən «Süd dişinin ağrısı» filmlərinin qarışığı rəyini yaradan "İlahi varlıq" filmi sosialist realizminin çöküşündə meydana gələn və ömrünü 90-cı illərdə başa vuran sosialist-mistik realizm elementlərini xatırladır. 

 Həyat gerçəyindən uzaq, primitiv semantikası və nihilist yozumu filmin ilk dəqiqəsindən insanı ekarandan uzaqlaşdırır. Filmi başlaya bilməyn rejissor, ağır, ritmsiz kadrları ilə özünü doğrultmayan təfsiri təqdim edir.  Olduqca kasad toqquşması, kolliziyası sönük olan  ədəbi material əvvəldən mənşəyi məlum olmayan ittihamlarla başlayır.  Normal ssenaridə 3-5-ci dəqiqədə sələnməli olan zəmin-sual "İlahi məxluq"da 59-cu dəqiqədə " Axı sən bu uşaqdan nə istəyirsən?" şəklində səslənməklə dramaturji strukturu darmadağın etmiş olur. Ssenarinin bu boşluqları rejissoru yersiz detallarla filmi doldurmağa sövq edir. Müəllif və rejissor Yavər Rzayev kinematoqrafın bütün kanonlarını kor-koranə dağıdır, əvəzinə xaotik, bir qədər bəsit struktur qoyur.  Müəllif iddiasız bir çoban güzaranı yaratmaq əvəzinə onu yersiz bəşəriləşdirir və dünya incəsənətinin nümunələrini tez-tez çoban oğlunu dəyişdirdiyinə eyham vurur ki, bu da obrazı açılmamış qoyur, onu boğazdan yuxarı təqdim edir. bütün film boyu primitiv filosofluq vəzifəsini yerinə yetirən yeniyetmənin hətta kulminasiyada olan çağırışı üzvi alınmır, saxta görünür.  Bizim bələd olduğumuz çoban dünyasını, məişətini müəllif yarada bilmir. Rejissor yozumunda da bu dünyanın mahiyyəti açılmır. Folklorun ibtidai şəkildə təqdim edə bildiyi gerçəyi bu boyda texnika, yaradıcı heyət təqdim edə bilmir. tamam uzaq bir mənzərəni ortaya qoyur. filmin finalı müəllifin ali məqsədinin nə olduğunu göstərə bilmir. 

Rejissor Yavər Rzayevin işini uğursuz adlandırmaq olar. Dinamikası, doğru təfsiri olmayan filmdə rejissor işi yalnız psevdo hərəkətli təhlil elementləri yadda qalır. bir neçə semantikaya əl atan rejissor art əsər yaratmaq istəyir, lakin niyyətinə çata bilmir. Aktyor işinə gəldikdə Nurəddin Mehdixanlı yalnız öz gücü ilə obrazın cizgilərini yaradır. Nə situasiya, nə vəziyyət açılışa imkan vermir. İstedadı olan, maraqlı rollar yaradan Vəfa Zeynalova rəssam obrazını yaratmaq istəsə də alınmır. Onun nə ruhu, nə yanaşması rəssam obrazına yaxın deyil. Elə bir detal, elə bir situasiya yaranmır ki, onun rəssam dünyasını açsın. Bu işi Vəfanın uğursu işi adlandırmaq olar.  Rejissor bu tamamlanmamış, kasad obraza görə Vəfanı çəkib hansısa erotikaya gülünc eyham vuran səhnə ilə biabır etməməliydi. Mətbuatda bu məsələnin şişirdilməsi çox gülünc göründü. 

Hər halda bu mənim fikrim idi, bu axşam baxın ki, sizin də fikriniz olsun!



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi